Logo

"Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olundu

31.01.2023 23:34 266 baxış
IMG

Bu il İngiltərənin Liverpul şəhərində keçiriləcək “Eurovision 2023: Liverpul” mahnı müsabiqəsi üçün ürəklərin birlikdə döyünməsini əks etdirən loqo və "United by Music" adlı rəsmi şüar təsdiqlənib.

"Tehsil.biz"in məlumatına görə, mayın 9-u və 11-də müsabiqənin yarımfinal mərhələsi, mayın 13-də isə final mərhələsi keçiriləcək.

Qeyd edək ki, müsabiqədə ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniyada keçirilməsinə qərar verilib. Hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda ilham mənbəyi kimi istifadə edilib.

Xəbər lenti