Logo

"Məktəbdə sənədləşmə işinin təşkili" mövzusunda təlimlər davam edir

01.02.2023 09:51 373 baxış
IMG

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktorlarına "Məktəbdə sənədləşmə işinin təşkili" mövzusunda təlimlər davam edir.

Tehsil.biz xəbər verir ki, idarənin İnzibati təşkilat sektorunun baş məsləhətçisi Aqil Bəşirov tərəfindən həyata keçirilən təlimdə ilk öncə təlimə cəlb edilmiş direktorların bilik və bacarıqlarının səviyyəsini müəyyən etmək məqsədilə ilkin olaraq onların diaqnostik qiymətləndirməsi həyata keçirilib.

Həyata keçirilən təlimin məqsədi sənədlərin vaxtında və düzgün işlənilməsi, təhsil müəssisələrində sənədləşmə işlərinin keyfiyyətinin yüksəldilməsi və məktəb rəhbərlərinin bu sahədə yüksək səriştəyə malik olmasını təmin etməkdir.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin bütün ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə, direktor müavinlərinə, UBTR-ə, psixoloqlarına, kitabxana müdirlərinə, təsərrüfat müdirlərinə, mühasiblərinə, laborantlarına və kargüzarlarına növbəli şəkildə ilkin diaqnostik qiymətləndirmə və təlimlər nəzərdə tutulub.

Xəbər lenti