Logo

"Gənclər təşkilatları: yeni çağırışlar” Forumu keçirilib - FOTO

01.02.2023 10:05 239 baxış
IMG

2 fevral - Gənclər Günü münasibətilə “Gənclər təşkilatları: yeni çağırışlar” Forumu keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilıməsindən sonra öz işinə başlayıb.

121 gənclər təşkilatının rəhbər və nümayəndələrinin iştirak etdiyi forumda NAYORA-nın baş katibi Ramin Həbizadə forum iştirakçılarını salamlayaraq gənclərlə iş sahəsinində fəaliyyətlərin əlaqələndirilməsi məsələləri üzrə İşçi Qrupların yaradılması layihəsi haqqında təqdimatla çıxış edib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin fəaliyyətlərinə dair hesabat videoçarxı təqdim edilib və ardınca nazir Fərid Qayıbov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun iştirakı ilə “Gənclər Təşkilatları: Yeni Çağırışlar” mövzusunda panel müzakirəsi keçirilib. Sonra gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin sualları cavablandırılıb.

Xəbər lenti