Logo

Bu gündən xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır

01.02.2023 10:14 381 baxış
IMG

Bu gündən "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır.

Tehsil.biz xəbər verir ki, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşlarını bu il üzrə həyata keçiriləcək ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısıelana dair ətraflı məlumat  qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Qeyd edək ki, proqrama müraciət 1 fevral - 1 aprel tarixlərini əhatə edəcək.

Xəbər lenti