Logo

Magistraturaya sənəd qəbulu davam edir

01.02.2023 10:32 234 baxış
IMG

Magistraturaya sənəd qəbulu davam edir.

Tehsil.biz xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 24-dən başlayıb və 9 fevral saat 23:59-dək davam edəcək.

1 fevral saat 09:50-yə olan məlumata əsasən 5140 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 4607; rus bölməsi - 533).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

İmtahan 2023-cü il fevralın 19-da keçiriləcək.

Xəbər lenti