Logo

Mingəçevir Tibb Kollecində dəyirmi masa keçirilib - FOTO

01.02.2023 10:40 641 baxış
IMG

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Mingəçevir şəhərində silsilə tədbirlər həyata keçirilir.

"Tehsil.biz"in məlumatına görə, belə tədbirlərdən biri yanvarın 31-də Mingəçevir Tibb Kollecində YAP şəhər təşkilatı və 14 saylı ərazi partiya təşkilatı Tibb Kolleci ilə birgə 2 fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masanın təşkil edilməsi idi.

YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir Tibb Kollecinin birgə təşkil etdiyi tədbir iştirakçıların böyük marağına səbəb olub. Tədbiri açan Mİngəçevir Tibb Kollecinin direktoru Fikrət Zeynalov qeyd edib ki, 2023-cü il bizim üçün ən əlamətdar hadisələrlə zəngindir. Başlıcası cənab Prezidentimizin Sərəncamı ilə “2023-cü il Heydər Əliyev” ili kimi qeyd olunmuşdur. Eyni zamanda 2 fevral ayının 2-si Azərbaycan Gəncləri Günüdür. Bu münasibəti YAP Mingəçevir şəhər təşkilatı ilə birgə Dəyirmi Masa keçirməyi qərara aldıq. Bu günkü tədbirimizdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev ilə yanaşı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şücaət göstərərək öz vətəndaşlıq borclarını yerinə yetirən qazilərimiz də iştirak edir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayırıq.

Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev geniş məlumatla çıxış edərək ulu Ulu öndər Heydər Əliyevin həyat yoluna nəzər salıb, Gənclər Gününün yaranması ilə əlaqədar ölkə rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısından bəhs edib. O, ölkə gənclərinə hər bir sahədə hörmətlə yanaşıldığını, onların daha məsul vəzifələrə irəli çəkildiyini nəzərə çatdırıb, bu gün Azərbaycanın inkişafında, yüksəlişində gənclərin xüsusi xidmətləri olduğunu deyıb, 44 günlük Vətən müharibəsində vətənpərvərlik ruhu ilə döyüşən əsgər və zabitlərimizin qəhrəmanlıq yoluna nəzər salaraq qeyd edib ki, bu günkü görüşə gəlmiş qazlilərimiz də bu şərəfli yolu məharətlə keçiblər . Bu gün təhsildə, əmək cəbhəsində yorulmadan çalışan gənclərimiz vətənimizin inkişafına öz layiqli töhfələrini verirlər. Biz bir nəfər kimi cənab prezidentin ətrafında birləşərək ölkəmizin daha böyük inkişafına çalışırıq.

O, gəncləri 2 fevral gənclər günü münasibəti ilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra gənclərdən Turanə Tağıyeva, Toğrul Abduillayev, Pərviz Məmmədov çıxış edərək ulu öndərin 100 illiyinin keçirilməsi ilə əlaqədar öz fikir və arzularını bildiriblər, onun qoyduğu irsin layiqincə yerinə yetirilməsində əməli işlər gördüklərini diqqətə çatdırıblar.

Çıxışlardan sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 2 fevral Gənclər gününə həsr olunmuş videoçarx nümayiş olunub. Yığıncaqda iştirak edən gənclərin bir qrupuna YAP şəhər təşkilatının təşəkkürnamələri və YAP üzvlüyünə vəsiqələr təqdim olunub.

Xəbər lenti