Logo

“Təhsil bələdçisi” layihəsi çərçivəsində təlimçi müəllimlərlə görüş keçirilib

01.02.2023 12:33 342 baxış
IMG

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə buraxılış siniflərində təhsil alan şagirdlərə maarifləndirici təhsil dəstəyi göstərilməsi məqsədi ilə həyata keçirilən “Təhsil bələdçisi” layihəsi çərçivəsində təlim və seminarlar davam etdirilir.

Tehsil.biz xəbər verir ki, Gəncə şəhər, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarında çalışan təhsilverənlərin iştirakı ilə keçirilən seminarda  “DİM-in təşkil etdiyi buraxılış imtahan suallarının cavablandırılması qaydaları və imtahanda vaxtın idarə olunması texnikası” mövzusunda təqdimat nümayiş etdirilib və mövzu ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, fevral ayı ərzində regional təhsil idarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin hər birində “Təhsil bələdçisi” layihəsi ilə bağlı təlimlər keçiriləcək.

Xəbər lenti