Logo

İstanbulda təşkil olunan “Qış düşərgəsi” başa çatıb - FOTO

01.02.2023 13:43 332 baxış
IMG

"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vəqfi) təşkilatçılığı ilə 2022-ci ildə Azərbaycanda keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında yarışmacı qismində iştirak edən şəhid övladlarından ibarət 3 komandanın iştirakı ilə Türkiyə Respublikasının İstanbul şəhərində təşkil olunan “Qış düşərgəsi” başa çatıb.

Tehsil.biz xəbər verir ki, “Qış düşərgəsi” müddətində şəhid övladları Astronomiya, Aviasiya və Kosmik Seminarı, Dizayn seminarı, Texnologiya seminarı, Təbiət Elmləri Seminarı, Riyaziyyat emalatxanası, Planetarium, bədii fəaliyyət, İdman fəaliyyəti, dəyərlər təlimi, İstanbul və İzmit şəhərinin tarixi və gəzməli yerlərinə ekskursiya, Gebze Bilişim Vadisi, BAYKAR şirkəti gəzintisi və texniki səfərlər ediblər.

Beyoğlu Bilim Mərkəzində təlimlər zamanı İstanbul şəhəri, Beyoğlu Bələdiyyə Başkanı Haydar Ali Yıldız şəhid əmanətlərini ziyarət edib, onlarla xatirə şəkili çəkdirib. Görüş zamanı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadəşəhid övladlarının rəsm əsərlərindən ibarət xatirə hədiyyəsini Beyoğlu Bələdiyyə başkanı Haydar Ali Yıldıza təqdim edib.

Qış düşərgəsinin İzmit şəhərində Qara dəniz sahilində yerləşən Kefken kampında keçən günlərdə Türkiyə Böyük Millət Məclisinin AKP Ankara şəhəri üzrə millət vəkili Zeynəb Yıldız düşərgəmizin qonağı olub, iştirakçılarla maraqlı diskussiya klubu təşkil olunub. Görüşün sonunda millət vəkili Zeynəb Yıldız uşaqlarla xatirə şəkili çəkdirib.

Xəbər lenti