Logo

"Gənclərin karyera günü" keçirilib - FOTOLAR

01.02.2023 14:37 389 baxış
IMG

“2 fevral - Azərbaycan Gəncləri Günü"nün 26-cı ilinə həsr olunmuş "Gənclərin karyera günü" keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Gənclər Fondu və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə gənclərin məşğulluğu və mövcud potensiallarının reallaşdırılmasının təmin edilməsi məqsədilə həyata keçirilib.

Karyera günü çərçivəsində rəsmilərlə görüş, infosessiyalar, iş təklifi edən şirkətlərin və gənclər təşkilatlarının sərgisi keçirilib. 52 şirkət və 5 gənclər təşkilatının 1046 vakansiya ilə iştirak etdiyi tədbir gənclər tərəfindən böyük maraqla qarşılanıb. Tədbir zamanı orta məktəblərin 10-11-ci sinif şagirdləri Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən peşə seçiminin düzgün istiqamətləndirilməsi üzrə psixoloji testlərə cəlb olunublar.

Karyera günündə nazir müavini İndira Hacıyeva, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, İqtisad Universitetinin rektoru Ədalət Muradov iştirak ediblər.

Xəbər lenti