Logo

İstanbul Gelişim Universitetinin nümayəndələri UNEC-də olub

01.02.2023 15:15 268 baxış
IMG

Türkiyənın İstanbul Gelişim Universitetinin (İGU) nümayəndələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, İGU-nun beynəlxalq ofisinin layihələr üzrə koordinatoru Gülcan Güven Yeşilgül və ofisin əməkdaşı Nigar Abdukarimova Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşları ilə görüşüblər.

Görüş zamanı hər iki universitet arasında əlaqələrin genişləndirilməsi, yeni potensial əməkdaşlıq sahələri və birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Xəbər lenti