Logo

UFAZ-da beynəlxalq konfrans keçiriləcək

01.02.2023 15:27 279 baxış
IMG

Azərbaycan-Fransız Universiteti (UFAZ) aprelin 25-dən 27-dək “Complex Computational Ecosystems (CCE’23)” adlı beynəlxalq elmi konfransa ev sahibliyi edəcək.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

İlk dəfə ölkəmizdə keçiriləcək konfrans çoxsəviyyəli və çoxmodallı hesablama ekosistemlərinin empirik müşahidələri ilə nəzəri sualları ehtiva edən transdissiplinar problemlərlə məşğul olan alimləri bir yerə toplayacaq.

Seçilmiş məqalələr “Springer Lecture Notes in Computer Science” seriyasında dərc olunacaq. Bundan başqa, konfransın Proqram Komitəsi tərəfindən qəbul edilən bütün təqdimatlar “Springer” tərəfindən beynəlxalq səviyyədə nəşr olunacaq.

Xəbər lenti