Logo

“Xəmsə möcüzəsi” müsabiqə-festivalının respublika mərhələsi yekunlaşıb - FOTO

01.02.2023 16:29 297 baxış
IMG

Elm və Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən “Xəmsə möcüzəsi” I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının respublika mərhələsinə yekun vurulub.

Tehsil.biz xəbər verir ki, müsabiqə-festivalın keçirilməsində məqsəd uşaq və gəncləri Azərbaycan xalqının dünya şöhrətli şair və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış etmək, yetişməkdə olan gənc istedadları üzə çıxarmaq, milli mədəniyyət və incəsənətimizi təbliğ etmək, türkdilli dövlətlərin məktəbliləri arasında dostluq və mədəni əlaqələri genişləndirməkdən ibarət olub.

Müsabiqə-festivalın respublika mərhələsinin seçimləri 5 nominasiya üzrə 2 yaş qrupunda (11-14 və 15-17) keçirilib.

Münsiflər heyətinin qərarı ilə seçim turuna qatılan 300-ə yaxın iştirakçı arasından yaş kateqoriyaları və nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib.

“Xəmsə möcüzəsi” müsabiqə-festivalının respublika mərhələsinə zona mərhələsində I yerin qalibi olmuş 199 iş (bədii qiraət – 36, inşa – 38, musiqi – 30, rəsm – 76, dram – 19) daxil olub. Bunların arasından 44 qalib ( I yer – 16, II yer – 14, III yer – 14) müəyyənləşdirilib.

Respublika mərhələsində I yerin qalibi olan iştirakçılar cari ilin aprel ayında türkdilli dövlətlərin məktəbliləri arasında keçiriləcək “Xəmsə möcüzəsi” I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalında Azərbaycanı təmsil edəcəklər.

Xəbər lenti