Logo

FHN-in Sumqayıt Regional Mərkəzində mülki müdafiə kursları keçirilib - FOTO

01.02.2023 17:02 372 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən Mərkəzin əhatə etdiyi ərazi üzrə Sumqayıt şəhər və Abşeron rayon orta ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri üçün mülki müdafiə kursları keçirilib.

FHN-dən "Tehsil.biz"ə bildirilib ki, kursların keçirilməsində məqsəd baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsi, fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.

Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, xilasetmə alət və avadanlıqlardan istifadə qaydası əyani şəkildə izah edilib, həmçinin mövzulara aid fotoslaydlar və videoçarxlar nümayiş etdirilib.

Nəzərdə tutulmuş kursun yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.

Xəbər lenti