Logo

BMU-da payız semestrinin qış imtahan sessiyası başa çatıb

01.02.2023 17:28 255 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində keçirilən 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası uğurla başa çatıb.

Tehsil.biz xəbər verir ki, 29 dekabr 2022-ci il tarixində start verilən və cari il fevralın 1-dək davam edən sessiya ərzində ümumilikdə 1402 imtahan keçirilib.

Mövcud normativ sənədlər əsasında və təlimata uyğun təşkil olunan imtahanlarda tələbələrin bilik və bacarıqlarının lazımi şəkildə nümayiş etdirilməsi və obyektiv dəyərləndirilməsi üçün hərtərəfli şərait yaradılıb, imtahan zallarında bütün zəruri tədbirlər görülüb.

Sessiyanın gedişatı Qərargah tərəfindən daimi diqqət mərkəzində saxlanılıb, eyni zamanda imtahanlar məsul şəxslər tərəfindən ardıcıl izlənilib. BMU-nun rektoru, professor Havar Məmmədov başda olmaqla, ali təhsil ocağının rəhbərliyi imtahan keçirilən otaqlara bir neçə dəfə əyani baxış keçirib, tələbələrlə söhbətlər aparılıb, proseslə bağlı onların fikirləri öyrənilib.

Bundan başqa, sessiya dövründə yarana biləcək şikayətlərin dərhal araşdırılması məqsədilə fəaliyyət göstərən Apelyasiya Komissiyasına müraciət üçün bütün imkanlar yaradılıb. Daxil olan müraciətlər komissiya tərəfindən dərhal araşdırılıb və müvafiq qərarlar qəbul olunub.

Elektron universitet olan BMU-da bütövlükdə payız semestri üzrə imtahan sessiyası tam şəffaf və obyektiv şəkildə təşkil olunmaqla, yüksək fəallıq şəraitində işini yekunlaşdırıb.

Xəbər lenti