Logo

BŞTİ: "Müəllimlərin əməkhaqqı məbləği tam olaraq ödəniləcək"

01.02.2023 18:06 1069 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) seritifikatlaşdırmadan keçən müəllimlərə yanvar ayında əlavələrin əməkhaqları ilə birgə köçürülməməsinə münasibət bildirib.

İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, müəllimlərin əməkhaqlarında heç bir dəyişiklik olmayıb.

"İlin əvvəli elektron sistemdə müvafiq məlumatların emalı prosesi ilə bağlı fevralın 3-dək müəllimlərin əməkhaqqı məbləği tam olaraq ödəniləcək" - deyə BŞTİ-dən bildirilib.

Qeyd edək ki, Bakı şəhərində çalışan və sertifikasiyadan keçən ibtidai sinif müəllimlərinin əməkhaqqının əvvəlki aylarla müqayisədə azalması barədə məlumatlar yayılmışdı.

Mərcanə Əsədova

Xəbər lenti