Logo

“Dərs Evi” BSU tələbələrinə sertifikatlar təqdim edib - FOTO

01.02.2023 20:31 391 baxış
IMG

Fevralın 1-də Bakı Slavyan Universitetinin (BSU) “Dərs Evi” Təhsildə İnkişaf və İnnovasiyalar Mərkəzinin universitetlə birgə layihəsi çərçivəsində keçirilmiş təlimlərində iştirak edən tələbələrinə sertifikat təqdim olunub.

Tehsil.biz xəbər verir ki, “Dərs Evi” Təhsildə İnkişaf və İnnovasiyalar Mərkəzinin layihə üzrə meneceri Arzu Mürsəlova layihənin əsas məqsədinin gələcək müəllimlərə peşəkar dəstək göstərmək və onların təhsildə idarəetmə bacarıqlarını inkişaf etdirməkdən ibarət olduğunu deyib.

BSU-nun rektor müşaviri Elçin Hüseynov qısa zaman çərçivəsində təşkil olunan faydalı təlimə görə təşəkkür edib. Tələbələr üçün bu kimi təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Mərkəzin İnsan resursları departamentinin rəhbəri Səbinə Rüstəmova tələbələrin peşəkar inkişafına yönəlmiş təlimlərin davamlı olacağını diqqətə çatdırıb.

BSU-nun Beynəlxalq əməkdaşlıq  şöbəsinin müdir müavini Leyla Musayeva təlimlərdə iştirak  üçün universitetin pedaqoji ixtisaslarında təhsil  alan 90-dan çox  tələbənin qeydiyyatdan keçdiyini, meyarlara uyğun gələn 16 tələbənin  seçilərək 7 gün davam edən təlimlərə qoşulduğunu qeyd edib. 

Sonda təlimlərdə iştirak etmiş 16 tələbəyə sertifikat təqdim olunub.

Xəbər lenti