Logo

Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq

01.02.2023 21:39 237 baxış
IMG

Fevralın 10-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək.

Filarmoniyadan verilən məlumata görə, gecədə bədii rəhbər və baş dirijor, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə solist Günel Kazımova (piano) çıxış edəcək.

Proqramda dünya klassik bəstəkarlarının əsərlərindən nümunələr səslənəcək.

Xəbər lenti