Logo

Tərlan Seyidov vəfat edib

01.02.2023 23:15 269 baxış
IMG

Pianoçu, musiqişünas, Əməkdar incəsənət xadimi Tərlan Mir Əşrəf oğlu Seyidov uzun sürən xəstəlikdən 80 yaşında vəfat edib.

Tehsil.biz xəbər verir ki, bu barədə Bakı Musiqi Akademiyası məlumat yayıb.

Qeyd edək ki, Tərlan Seyidov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində yaratdığı Orta ixtisas musiqi məktəb-studiyasına 43 il rəhbərlik edib, BMA-da işlədiyi illərdə çoxsaylı musiqiçilərin yetişdirilməsində böyük əmək sərf edib. O, bir sıra monoqrafiyaların, dərsliklərin, topluların, məqalələrin müəllifidir. Onun müəllif layihələri təkcə Azərbaycanda deyil, həm də ölkə hüdudlarından kənarda böyük marağa səbəb olub.

Sənətçi ilə vida mərasimi saat 11-da Təzə Pir məscidində təşkil olunacaq.

Allah rəhmət eləsin!

Xəbər lenti