Logo

Masallı məktəbində tədbir keçirilib - FOTO

02.02.2023 09:37 400 baxış
IMG

Fevralın 1-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, “Peşə təmayüllü siniflərin təşkili” layihəsi şagirdlərinin iştirakı ilə Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə “Gənclər Günü” ilə əlaqədar “Müasir Azərbaycanın inkişafında gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin sözügedən məktəb üzrə qrup rəhbəri Elməddin Quliyev Gənclər Gününün yaranması və dövlətimizin gənclər siyasətindən danışıb.

Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi, “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin IT müəllimi Gülcahan Vəkilzadə “2 fevral-Gənclər Günü”nün təkcə gənclərin deyil, həm də cəmiyyətimizin həyatında vacib gün olduğunu bildirib. O, əlavə edib ki, bizim ağıllı, intellektual, xalqını, vətənini sevən gəncliyimiz formalaşır və bununla fəxr etməliyik. G. Vəkilzadə əlamətdar gün münasibəti ilə şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbir PTS-in şagirdlərinin fəal iştirakı ilə müzakirə şəklində davam edib. Yekunda şagirdlər ixtisas müəllimlərinin moderatorluğu ilə “Sürət yoxlama oyunu”nda iştirak ediblər.

Xəbər lenti