Logo

Prezident mükafatçılarından 2-si BDU məzunudur - FOTO

02.02.2023 10:36 405 baxış
IMG

Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 11 gəncə 2023-cü il Gənclər üçün Prezident mükafatı verilib.

Tehsil.biz xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Mükafata layiq görülən gənclərdən 2-si – Kamran Əliyev və Günay İmanzadə Bakı Dövlət Universitetinin (BDU) məzunudur.

Kamran Əliyev 2021-ci ildə BDU-nun Hüquq fakültəsini, Günay İmanzadə isə 2017-ci ildə Kimya ixtisası üzrə (ingilis bölməsi) SABAH qruplarını bitirib.

Həmçinin oxuyun: UNEC-in 3 məzunu Prezident mükafatı ilə təltif olundu

Xəbər lenti