Logo

“Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda tədbir keçirilib - FOTO

02.02.2023 10:50 358 baxış
IMG

Fevralın 1-də Masallı rayon Mərkəzin Kitabxanasının və Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə kitabxanada ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, şair Meysaba Aslanova, Nurməmməd Ağa, Tahir Hüseynov, YAP Masallı rayon təşkilatının əməkdaşı Eldar Kazımov, “Yeni Həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülcahan Vəkilzadə iştirak edib.

Əvvəlcə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov tədbirin mahiyyəti haqqında məlumat verib. Çıxışlarda Ulu Öndərin xalqa həsr etdiyi şərəfli ömür yolundan və siyasi fəaliyyətindən bəhs edilib.

Tədbirdə şair Nurməmməd Ağanın ifasında “Gənclik” şeiri, Tahir Hüseynov və Meysəba Aslanovanın ifalarında isə Ulu Öndərə hər olunmuş şeirlər səsləndirilib.

Xəbər lenti