"Hazırda Azərbaycanda dövlət qulluğunda çalışanların 18 %-i 30 yaşa qədər olan şəxslərdir".
"Tehsil.biz"in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, bu say kifayət qədər yaxşıdır:
“Dövlət qulluğunda çalışanlar 35 yaşa qədər olan şəxslər ümumilikdə 36 % təşkil edir. Bu da özlüyündə yüksək rəqəmdir. Gələn 3 il ərzində 35 yaşınadək dövlət qulluğunda çalışanların sayının 50 %-ə qaldırılması planlaşdırılır. Biz bu istiqamətdə əlimizdən gələni edəcəyik. Həmin kadrların kifayət qədər gənc olduğunu nəzərə alsaq, qeyd edə bilərik ki, bu hal dövlət qurumlarının işinə də öz müsbət təsirini göstərəcək”.