Logo

Masallının Qəzvinoba kəndində yeni məktəb binası tikilir - FOTO

02.02.2023 11:26 443 baxış
IMG

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Masallı rayonun Qəzvinoba kəndində yeni məktəb binasının tikintisinə başlanılıb.

Tehsil.biz xəbər verir ki, yeni məktəb binası birtipli layihə əsasında 180 yerlik olmaqla inşa ediləcək.

Hazırda Qəzvinoba kənd ümumi orta məktəbinin qəzalı vəziyyətdə olan əvvəlki binasında söküntü və eyni zamanda yeni məktəb binasının bünövrəsi üçün qazıntı planlama işləri aparılır.

Gələcəkdə rayon ərazisində yeni məktəb binalarının tikintisinin və təmir bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun: Masallıda modul tipli məktəb binasının tikintisi davam etdirilir - FOTO

Xəbər lenti