Logo

Recep Öztop Gəncə Tibb Kollecində olub - FOTO

02.02.2023 12:21 419 baxış
IMG

Türkiyənin Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu Recep Öztop Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecində olub.

Tehsil.biz xəbər verir ki, qonaq əsası 1931-ci ildə qoyulan tibb ocağında yaradılmış şəraitlə tanış olub. 

Tanışlıq zamanı Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev türkiyəli diplomatın diqqətinə çatdırıb ki, kollecin tam təmir olunmuş sinif otaqlarında elektron smart lövhələr quraşdırılıb və lazımı texniki avadanlıqlarla təchiz olunub. Bundan əlavə, elektron kitabxana və lazımi texniki vasitələrlə təchiz olunmuş müasir laboratoriyalar fəaliyyət göstərir. 

Recep Öztop kollecdə keçirilən dərslərin səviyyəsindən və tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə edib: “Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecin sinif otaqlarında müasir avadanlıqların quraşdırılması, robot və müasir texnikalarla təchiz olunan laboratoriyalar, tələbələr üçün yaradılan şərait gələcəkdə bu kollecdə çox peşəkar tibb işçilərinin yetişəcəyindən xəbər verir. Dərs deyən müəllimlərin bilik səviyyələri, böyük həvəslə tələbələrə bilikləri çatdırmaq istəkləri hiss olundu. Bu, yüksək ixtisaslı tibb bacılarının və tibb personalının yetişdirilməsi üçün vacib addımdır”.

Mehman Rzayev həmçinin diqqətə çatdırıb ki, kollec Türkiyənin tibb sahəsində çalışan qabaqcıl müəssisələri və təhsil ocaqları ilə sıx əməkdaşlıq edir. Bundan başqa, təhsil müəssisəsi Türk İş birliyi və Koordinasiya Alyansı – TİKA ilə birgə layihələr reallaşdırırlar. M. Rzayev bu əməkdaşlığın bariz nümunəsi kimi müasir avadanlıqlarla təchiz olunmuş Əczakimya və analitika laboratoriyasını qonaqların diqqətinə çatdırıb.

Qeyd olunub ki, TİKA-nın xəttilə tələbə mübadiləsi proqramı çərçivəsində qardaş Türkiyədən və Almaniyadan 16 müxtəlif ali məktəblərin tələbələri Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecində olub.

Xəbər lenti