Logo

"Semestr imtahanları sovet dönəmindən qalan üsullarla keçirilir"

02.02.2023 14:44 364 baxış
IMG

"Bu gün Azərbaycan ali təhsil müəssisələrinin dünya reytinqdə olmamasının əsas səbəblərindən biri tədrisin aşağı səviyyədə təşkili ilə bağlıdır".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, hazırda ali təhsil müəssisələrində həyata keçirilən semestr imtahanları sovet dönəmindən qalan üsullarla həyata keçirilir:

"Çox az universitet müasir dövrün tələblərinə uyğun semestr imtahanlarını təşkil edə bilir. Semestr imtahanlarının məqsədi tələbələrə semestr boyunca verilən biliklərin yoxlanılmasıdır. Heç də bütün fənlərin hər birindən layihə yazdıraraq biliyin qiymətləndirilməsi mümkün deyil. Ən vacib məqam ali təhsil müəssisələrinin əmək bazarına və müasir standartlara cavab verən kadr hazırlığını həyata keçirməkdir. Biliyin qiymətləndirilməsinin yeni mexanizmə ehtiyacı var. Təbii ki, mövcud semestr imtahanlarına da tələbələr testləri əzbərləyərək və ya sual biletlərinə hazırlaşırlar. Bu, əzbərçilikdən başqa bir şey deyil. Qiymətləndirmənin ən vacib tərəfi onun çevik, sürətli, ədalətli və şəffaf olmasıdır”.

Xəbər lenti