Logo

“Məktəblinin dostu” əməkdaşlarına sertifikatlar təqdim olunub - FOTO

02.02.2023 16:36 511 baxış
IMG

Yanvarın 27-də ARTİ MDPİM tərəfindən “Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün sertifikatların təqdimetmə mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, sertifikatlar “Təlimçi bacarıqlarının formalaşdırılması” mövzusunda 12 akademik saatlıq təlimi müvəffəqiyyətlə başa vuran iştirakçılara təqdim olunub. 

Qeyd edək ki, təlim müddətində iştirakçılar dinləmə, sual vermə, ünsiyyət qurma, fasilitasiya və təqdimat bacarığı, eləcə də emosional intellektin əhəmiyyəti kimi mövzular ətrafında interaktiv müzakirələr aparıb və bir sıra praktik üsullardan istifadə qaydaları ilə tanış olublar.

Xəbər lenti