Logo

Tarix fənni üzrə hazırlıq kursunun növbəti məşğələsi keçirilib

02.02.2023 17:05 188 baxış
IMG

Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə imtahanlarda istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun növbəti məşğələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri, magistrlər iştirak ediblər.

Məşğələdə Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş iştirakçılar cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması (kalibrləmə) prosesindən keçiblər. Regionlardan olan iştirakçılar DİM-in müvafiq Regional bölməsində kalibrləmə prosesindən keçəcəklər.

Kalibrləmə prosesindən keçmiş müdavimlərə DİM-in sertifikatı təqdim ediləcək. Onların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlar cavabı yazı ilə ifadə olunan tapşırıqların yoxlanılmasına (marker kimi) cəlb olunacaqlar.

Xəbər lenti