Logo

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib

02.02.2023 17:20 197 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

Tehsil.biz xəbər verir ki, gündəlik məsələlər biologiya fənnindən qəbul imtahanında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan xidməti kitabçanın; tarix fənnindən isə ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqlarının izahlarına dair hazırlanmış metodik tövsiyənin müzakirəsi olub.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

Növbəti həftə müzakirələr davam etdiriləcək.

Xəbər lenti