Logo

Naxçıvanda Gənclər Günü geniş şəkildə qeyd olunub - FOTO

02.02.2023 19:46 254 baxış
IMG

Bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 2 Fevral – Gənclər Günü münasibətilə tədbir təşkil olunub.

"Tehsil.biz"in məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət  nazirlikləri, Gənclər Fondu, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, sərhədçilər və qazilər iştirak ediblər. 

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən danışan Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri  Ramil Hacı vurğulayıb ki, Naxçıvanda yeni formalaşdırılan müasir mühit gənc nəslin təhsilinə, sağlamlığına və gələcək inkişafına müsbət təsir edəcək. 

Tədbir Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin təqdimatında konsert proqramı ilə davam edib. M.Maqomayevin “Azərbaycan” mahnısı ilə başlanan konsertdə Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfiqar Mahmudov, Ruhiyyə Hüseynova  tərəfindən bir sıra xalq və bəstəkar mahnıları səsləndirilib, rəqs nömrələri təqdim edilib.

Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirin sonunda gənclər və idman naziri Ramil Hacı, mədəniyyət naziri Natəvan Qədimova, Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev filarmoniyanın kollektivi ilə görüşərək konsertlə bağlı təəssüratlarını bölüşüb,  peşəkar təqdimata görə təşəkkürlərini bildiriblər.

Xəbər lenti