Logo

“AzTU Gəncləri 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıb

02.02.2023 22:38 258 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “AzTU Gəncləri 2023” müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə AzTU HİK-in sədri Elvin Bəxtiyarlı, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Nərmin Rzayeva gəncləri təbrik edib. Gənclərin ölkənin bütün sahələrdə inkişafında önəmli rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, AzTU-da da gənc müəllim və əməkdaşların gələcək inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Daha sonra universitetin ictimai həyatında fəallıq göstərən AzTU-nun gənc əməkdaş və müəllimləri fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Tədbirin sonunda “AzTU Gəncləri 2023” müsabiqəsinin qaliblərinin adı açıqlanıb.

Müsabiqənin nəticəsinə əsasən, Nuran Süleymanova “AzTU-da ilin gələcək vəd edən gənci”, İsmayıl İsmayılov “AzTU-da ilin peşəkar gənci”, Qoşqar Rəsulov isə “AzTU-da ilin gənci” nominasiyası üzrə qalib elan olunub.

Xəbər lenti