Logo

PISA imtahanında Azərbaycan nə qədər uğurludur?

02.02.2023 22:51 455 baxış
IMG

PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının 2018-ci ildə keçirilən imtahanın nəticələrinə əsasən Azərbaycan bu imtahana qatılan 77 ölkə arasında ortalama 389 balla 68-ci yerdə qərarlaşıb. 

Tehsil.biz xəbər verir ki, 2018-ci ildə əsasən oxu bacarıqlarına (oxuyub-anlama) üstünlük verilib.

Səviyyələr üzrə isə nəticələrimiz çox acınacaqlı olub. Belə ki, imtahana qatılan şagirdlərimizin 85 %-i 3-cü səviyyənin altında, 15 %-i üstündə qərarlaşıb.

Səviyyələr üzrə nəticə və faizlər:

1c. səviyyədən aşağı - 0.1 % (189 baldan aşağı)
1c. səviyyə - 3.7 % (189-262 bal arası)
1b. səviyyə - 19.7 % (262-334 bal arası)
1a. səviyyə - 37 % (334-407 bal arası)
2. səviyyə - 28.6 % (407-480 bal arası)
3. səviyyə - 9.2 % (480-552 bal arası)
4. səviyyə - 1.6 % (552-625 bal arası)
5. səviyyə - 0.1 % (625 - 698 bal arası)
6. səviyyə - 0 % (698 baldan yuxarı)

Qeyd edək ki, 2018-ci ildə bu imtahana qatılan şagirdlər artıq məktəbi bitirib, bəziləri bəlkə də universitetdə təhsil alır. Lakin nəticə olaraq həmin şagirdlərin 85 %-i oxuduqlarını anlamaqda çətinlik çəkirlər.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Şagird Qiymətləndirmə Proqramına yalnız Bakı şəhərinin məktəbliləri ilə qatılır.

2022-ci ildə qatıldığımız PISA imtahanının nəticələri isə bu il açıqlanacaq.

Xəbər lenti