Logo

AzTU komandası Basketbol üzrə Tələbə Liqasının 8-ci turunu qalibiyyətlə başa vurub

03.02.2023 00:02 298 baxış
IMG

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) idman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, liqanın 8-ci turunda AzTU-nun komandası Bakı Mühəndislik Universitetinin (BMU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 95:53 hesabı ilə Texniki Universitetin komandasının xeyrinə yekunlaşıb.

Qeyd edək ki, liqanın oyunlarında AzTU, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, BMU və Xəzər Universitetinin komandaları iştirak edir.

Xəbər lenti