Logo

Masallıda Gənclər Günü qeyd olunub - FOTO

03.02.2023 00:19 288 baxış
IMG

Fevralın 2-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Gənclər İdman idarəsinin rəisi Sabiq Cahangirov iştirakçıları rayon idmançılarının qazandıqları uğurlarla tanış edib.  

Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videoçarx nümayiş olunub.

Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov gəncləri bu əlamətdar gün münasibətilə təbrik edərək Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün lazımi işlərin görüldüyünü diqqətə çatdırıb

Tədbirdə Milli Məclisin deputatı Məşhur Məmmədov, YAP Masallı rayon Təşkilatının sdəri Seyfəddin Əliyev, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, sərbəst güləş üzrə Avropa və Dünya çempionu Ruzanna Məmmədova, gənc təlimçi, Şuşa-Xankəndi yolunda eko fəal kimi iştirak edən Rafət Şirəliyev, coğrafiya fənni üzrə olimpiada qalibi Rövnəq Cəfərov və başqaları çıxış edərək gəncləri təbrik edib, həmçinin onlara gələcək işlərində uğurlar arzulayaraq bir daha gəncləri bütün sahələrdə fəal olmağa çağırıblar.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gəncə Rayon İcra Hakimiyyətinin, həmçinin Gənclər və İdman İdarəsinin adından “Fəxri Fərman” və hədiyyələr təqdim olunub.

Tədbir gənc incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Xəbər lenti