Logo

Ötən ay xaricdə təhsil alan neçə nəfərin diplomu tanınmayıb? - FOTO

03.02.2023 10:22 439 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) yanvar ayı üçün diplomların tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.

Agentlikdən "Tehsil.biz"ə verilən məlumata görə, həmin müddətdə 297 müraciətçinin 243-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 54 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 17, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 14, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 102, Ukraynadan 78, Türkiyədən 53, Belarusdan 20, Gürcüstandan 15, digər ölkələrdən isə 29 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 35, iqtisadiyyat üzrə 26, menecment üzrə 25, tibb üzrə 23, bizensin idarə edilməsi üzrə 21, maliyyə üzrə 21 müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib.

Xəbər lenti