Logo

BŞTİ-yə yanvar ayı ərzində 10 min 912 müraciət daxil olub

03.02.2023 10:46 346 baxış
IMG

Yanvar ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 10 min 912 müraciət daxil olub.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, çağrı mərkəzinə (146-1 nömrəli) 6 min 156 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 min 360 vətəndaş müraciət edib.

İlin ilk ayında BŞTİ-yə 1890 sənəd (vətəndaşlar tərəfindən 556 ərizə, Elm və Təhsil Nazirliyindən 223, digər qurumlardan 241, məktəblərdən 479 məktub və 391 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin ay ərzində 506 elektron müraciətə baxılıb.

Müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və işə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.

Xəbər lenti