Logo

Gənc alimlər təltif olunublar - FOTO

03.02.2023 10:58 268 baxış
IMG

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Yasamal rayon Heydər Əliyev Mərkəzində rayon gənclərinin toplantısı keçirilib.

"Tehsil.biz"in məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Yasamal rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsində yerləşən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edərək gül dəstələri qoyublar. Dövlət himni səsləndirildi. Daha sonra Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Toplantıda Milli Məclisin deputatları Elnur Allahverdiyev, Ülvi Quliyev, Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara respublikamızın daha da inkişafı istiqamətində göstərdikləri fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıblar. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Ramin Şükürov və idarənin məsul əməkdaşları da iştirak etdilər. Tədbirdə Yasamal rayon gəncləri çıxışlar ediblər.
Tədbirdə YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayev və AMEA-nın Folklor İnstitutunun üzrə ərazi partiya təşkilatının sədr müavini, böyük laborant Nigar İmaməliyeva Rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə və 2 Fevral- Azərbaycan Gənclər Günü münasibətlə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunub.

Sonda xatirə fotoları çəkilib.

Xəbər lenti