Logo

“Logistika və təchizat zənciri” sahəsi üzrə proqramlara əsaslanan növbəti təlimlər başladı

03.02.2023 11:25 325 baxış
IMG

ARTİ Azərbaycan Texniki Universitetinin “Logistika və nəqliyyat” üzrə SABAH Magistratura proqramı çərçivəsində müəllimlərin tədris prosesində tətbiq edə biləcəkləri logistika və təchizat zənciri sahəsi üzrə proqramlara əsaslanan təlimlərə yenidən start verib.

Tehsil.biz xəbər verir ki, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları “Simulyasiya modellərinə giriş”, “AnyLogic simulyasiya proqramı ilə tanışlıq”, “Təchizat zəncirlərinin simulyasiya modellərinin qurulması”, “Anbar sistemlərinin modelləşdirilməsi”, “Avtomobil yolları və kəsişmələrin modelləşdirilməsi” və s. kimidir.

Təlimlərdə spiker qismində Amazon şirkətinin Avropa Birliyi üzrə mərkəzində simulyasiya üzrə data mühəndisi vəzifəsində çalışan Yaşar Əhmədov çıxır edir. Yaşar Əhmədov 2007-2011-ci illərdə Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) “Sənaye mühəndisliyi” ixtisası, 2013-2015-ci illərdə Finlandiyanın Vaasa Universitetinin “Sənayenin idarə edilməsi” ixtisası, 2020-2021-ci illərdə isə Massaçusets Texnologiya İnstitutunun “Təchizat Zəncirlərinin İdarə Edilməsi” ixtisası üzrə təhsil alıb. O, dünyanın ən böyük kimya istehsalçısı BASF şirkətinin Sumqayıtdakı zavodunda anbardar, «Karbamid Zavodu» layihəsində konsultant, Nestle şirkətində azsaylı yerli mühəndislərdən biri kimi çalışıb. Daha sonra BASF şirkətinin Sumqayıt şəhəri üzrə istehsalat müdiri və Dubay şəhərində istehsalın planlaşdırılması üzrə mütəxəssis kimi də işləyib.

Təlimlərdən AzTU-nun “Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi”, “Nəqliyyat texnikası və idarəetmə texnologiyaları”, “Beynəlxalq ticarət, logistika və marketinq” kafedralarının əməkdaşları faydalanır.

Sonda təlimləri uğurla bitirən şəxslərə ARTİ tərəfindən sertifikat təqdim olunacaq.

Xəbər lenti