Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin 3-cü kurs tələbəsi Məhəmməd Kekalov və UNEC müəllimi Turan Süleymanovun həmmüəllifi olduqları məqalə İqtisadi və Sosial İnkişaf (ESD) üzrə beynəlxalq konfransın toplusunda dərc olunub.
Bu barədə UNEC-dən məlumat verilib. Bildirilib ki, müəlliflərin “Avropa İttifaqı təcrübəsi əsasında Azərbaycanda sosial biznes ekosisteminin inkişaf etdirilməsi” mövzusunda apardıqları araşdırma beynəlxalq konfrans iştirakçılarına təqdim edilib.
Məqalə "Web of Science" portalında indekslənəcək.