Logo

UNEC-də maliyyə və vergi uçotunun fərqli xüsusiyyətləri təhlil olunub

03.02.2023 12:17 300 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və audit kafedrasının təşkilatçılığı ilə “Maliyyə uçotu və vergi uçotunun fərqli xüsusiyyətlərinin təhlili” mövzusunda elmi seminar keçirilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, kafedranın müdiri professor Əvəz Ələkbərovun rəhbərliyi ilə keçirilən seminarda kafedranın müəllimi, mühasibat ixtisasının rəhbəri Aynurə Hacıyeva “Maliyyə uçotu və vergi uçotunun fərqli xüsusiyyətlərinin təhlili” mövzusunda təqdimatla çıxış edib.

Məruzəçi cari vergi öhdəliklərinin və vergi aktivlərinin tanınması, maliyyə uçotu ilə vergi uçotunun fərqli xüsusiyyətlərini yaradan səbəblər, təxirə salınmış vergi öhdəliklərinin və vergi aktivlərinin tanınması, vergitutmada xərclərin xarakteristikasının fərqlərə təsiri barədə məlumat verib. Həmçinin mövzu ilə əlaqədar elmi-tədqiqatların və dissertasiya araşdırmalarının dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti