Logo

Nazir: "Naxçıvanda orta məktəbdə narazılıqla bağlı gün ərzində qərar veriləcək"

03.02.2023 14:46 277 baxış
IMG

Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə baş verən insidentdən sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib.

"Tehsil.biz"in məlumatına görə, təhsil naziri məktəbdə yaranan narazılıqla bağlı APA-ya açıqlama verib.

Nazirin sözlərinə görə, 12 nömrəli tam orta məktəb Naxçıvan Muxtar Respublikasının ən öndə gedən məktəblərindən biridir və burada nüfuzlu müəllimlər çalışır:

"Məktəbin nəticələri də uğurludur. Ötən tədris ilində məktəb 71 faizdən çox qəbul verib və məktəbi qızıl nişanla bitirən məzunlar olub. Bu da burada çalışan kollektivin əməyinin nəticəsidir. Sadəcə, direktorla məktəb kollektivi arasında anlaşılmazlıq olub. Dünən və bu gün burada xüsusi komissiya ilə iclas keçirdik və komissiyaya tərəfindən bir daha təhlillər aparıldı. İndi yekun protokollar hazırlanır və gün ərzində qərar veriləcək".

Qeyd edək ki, Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə müəllimlər direktora etiraz edərək bu gün səhər saatlarından məktəbin qarşısına toplaşıblar. Onların heç biri dərsə girməyib. Müəllimlər yeni təyin olunan direktor Turan Məmmədli məktəbdən getməyincə dərs keçməyəcəklərini bildiriblər.

Həmçinin oxuyun: Azərbaycanda məktəbdə mübahisə yarandı, müəllimin halı pisləşdi - VİDEO

Xəbər lenti