Logo

Naxçıvan DİM-in rəsmisi qurumdakı yoxlamalardan danışdı - YENİLƏNİB+VİDEO

03.02.2023 15:23 480 baxış
IMG

“Naxçıvan Dövlət İmtahan Mərkəzində (DİM) sualların satılması ilə bağlı əsassız şayiə yayılıb”.

Tehsil.biz xəbər verir ki, bunu Naxçıvan DİM-in sözçüsü Məmməd Babayev Baku TV-yə bildirib.

O qeyd edib ki, DİM-in fəaliyyəti ilə bağlı vaxtaşırı olaraq sosial şəbəkələrdə əsassız informasiyalar yayılır:

“Hazırda hüquq-mühafizə orqanları bununla bağlı araşdırma aparır. DİM də bunun tərəfdarıdır ki, araşdırma aparılsın və obyektiv nəticə çıxarılsın”.

12:04

Naxçıvan Dövlət İmtahan Mərkəzində (DİM) yoxlamalar başlayıb.

Tehsil.biz "APA"ya istinadən xəbər verir ki, mərkəzdə hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar keçirir.

Yoxlamaların səbəbinin 2022-ci ilin dekabr ayında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahan sualların satılması iddiası ilə bağlı olduğu bildirilir.

Məlumatı Naxçıvan DİM-in mətbuat katibi Məmməd Babayev APA-ya açıqlamasında təsdiq edib.

Xəbər lenti