Logo

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

03.02.2023 15:58 238 baxış
IMG

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin fevral ayında ilk sayı nəşr edilib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Türkiyənin milli təhsil naziri Mahmut Özer və Böyük Millət Məclisinin bir qrup üzvü ilə görüşünə dair məlumat yer alıb.

Bundan əlavə, AMEA Rəyasət Heyətinin Biologiya və tibb elmləri, Yer elmləri bölmələrinin, Şəki Regional Elmi Mərkəzinin 2022-ci il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclasları, AMEA prezidentinin Türkiyəyə səfəri, 2 fevral Azərbaycan Gənclər Günü münasibətilə görüşləri, “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Heydər Əliyevin siyasi irsi və yeni geosiyasi çağrışlar” mövzularında tədbirlərə dair yazılar, “Müstəqil Azərbaycan gəncləri”, “İranlılar İrana nə zaman gəliblər”, “Tarixi adları özünə qaytaraq”, “İran heç vaxt azərbaycanlılara isti münasibətdə olmayıb” sərlövhəli məqalələr və s. informasiyalarla tanış ola bilərsiniz.

Xəbər lenti