Logo

Dövlət qulluğu imtahanında uğur qazanmış namizədlər sertifikatlarını ala bilərlər

03.02.2023 16:15 332 baxış
IMG

Dövlət qulluğuna qəbul üzrə 2022-ci il dekabrın 18-də keçirilmiş test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, DİM tərəfindən dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış namizədlər sertifikatlarını ala bilərlər.

Namizədlər şəxsiyyəti təsdiq edən sənədlə DİM-in akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra sertifikatlarını növbəti həftə ərzində əldə edə bilərlər.

Xəbər lenti