Logo

DİM-in mütəxəssisləri tərəfindən vebinar keçiriləcək

03.02.2023 17:45 306 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin e-psixoloq.az saytının mütəxəssisləri tərəfindən "Yeniyetmənin imtahan həyəcanı (valideynlər üçün)" mövzusunda vebinar keçirilməsi nəzərdə tutulub.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, vebinarda yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri, nəsillərarası fərq, imtahanda emosional vəziyyətə təsir edə biləcək faktorlar, imtahan öncəsi və sonrası valideyn tərəfindən düzgün dəstək formaları haqqında danışılacaq.

Görüş valideynlər üçün nəzərdə tutulub.

Vebinar 9 fevral saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək.

Vebinara qeydiyyat üçün keçid:

https://e-psixoloq.az/#banner

Xəbər lenti