Logo

“Qarabağı tanıt” və “Hekayəni paylaş” müsabiqələrinin qalibləri mükafatlandırılıb - FOTOLAR

03.02.2023 18:22 334 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən “Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsi və “Hekayəni paylaş” videotəqdimat müsabiqəsi qalibləri mükafatlandırılıb.

BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, mükafatlandırma mərasimində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müsabiqədə qalib gələn şagirdlər, direktorlar və müəllimlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Hər iki müsabiqə üzrə qalibləri təbrik edən BŞTİ-nin müdiri M.Vəliyeva tədris ili ərzində istedadlı şagirdlərin seçilib müəyyənləşdirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir çox layihə və müsabiqələrin həyata keçirildiyini söyləyib.

İdarə müdiri bildirib ki, “Qarabağı tanıt”, “Hekayəni paylaş” kimi müsabiqələr məktəblilər arasında sağlam rəqabət mühiti yaradır, şagirdlərin istedad və bacarıqlarını üzə çıxarmağa kömək edir.

Daha sonra hər iki müsabiqə üzrə I, II və III yerin qaliblərinə diplomlar təqdim olunub, həvəsləndirici yerlərə layiq görülən məktəblilər Tərifnamə, digərləri isə müxtəlif nominasiyalar üzrə Təşəkkürnamələrlə təltif ediliblər.

Şagirdlər göstərilən diqqət və qayğıya görə BŞTİ rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

Xəbər lenti