Logo

Bakıda məktəb direktoru işdən çıxarılıb

03.02.2023 19:03 753 baxış
IMG

Bakıda məktəb direktoru vəzifəsindən azad edilib.

"Tehsil.biz"in məlumatına görə, paytaxtın Nəsimi rayonunda yerləşən Saleh Poladi adına 159 nömrəli tam orta məktəbin direktoru Vahid Xəlilov işdən çıxarılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumatı saytımıza təsdiq edərək bildiriblər ki, V.Xəlilovla bağlanmış əmək müqaviləsinə müddəti bitdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 11.01.2023-cü il tarixdən xitam verilib.

Xəbər lenti