Logo

Dostoyevskinin romanları əsasında serial çəkiləcək

03.02.2023 19:53 297 baxış
IMG

Rusiyanın Perm şəhərində yazıçı Fyodor Mixayloviç Dostoyevskinin romanları əsasında "Pis təsir" adlı mini serial çəkiləcək.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, "fəlsəfi triller" janrında çəkiləcək serialda Fyodor Dostoyevski ilə yanaşı digər filosof və sosial psixoloqların əsərləri əsas götürləcək.

Serialın süjetinə görə, Günəşdə güclü patlayış baş verir və o, üç günə Yerə yaxınlaşacaq. Səlahiyyətlilər təşviş yaratmamaq üçün təhlükə barədə məlumatı ictimaiyyətdən gizlədirlər.

Rollarda bir sıra tanınmış aktyor və aktrisalar - Anna Barannikova, Sofya Abdelnasir, Yelizaveta Suxovskaya, Sofya Valter, Aleksey Lesevitski, Yevgeni Puçnin, Yeqor Bratçikov, Timofey Baranovski, Foma Zalesski, Yana Kozlova, Polina Piçkaleva, Nikita Şerbinin və Yevgeni Zubarev yer alıblar.

Xəbər lenti