Logo

AzTU tələbəsi Türkiyədə keçirilən forumda iştirak hüququ qazanıb

23.02.2021 17:05 1124 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin lV kurs tələbəsi, eyni zamanda Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının universitet üzrə icraçı koordinatoru Sevinc Novruzzadə Türkiyədə keçirilən “9. Hukuk Ögrencileri Forumu”nda iştirak hüququ qazanıb.

 

22-28 fevral tarixlərində keçiriləcək forumda internet və sosial media hüququ, intellektual və sənaye mülkiyyəti hüququ, moda hüququ, Türkiyədə hakimlik peşəsi, hüquq texnologiyaları və innovasiyalar və digər mövzularda məruzələr səsləndiriləcək.

 

Forumun sonunda hər bir iştirakçıya sertifikat təqdim olunacaq.

Xəbər lenti