Logo

Şəhid uşaqları üçün Şahdağda əyləncəli tədbir təşkil edilib

03.02.2023 22:50 273 baxış
IMG

"Şahdağ Turizm Mərkəzi" QSC-nin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan hərbçilərimizin övladları üçün “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

QSC-nin mətbuat xidmətindən bildirilib ki, Gənclər Günü çərçivəsində keçirilən tədbirin məqsədi 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanlarımızı dərin hörmət və ehtiramla yad etmək, bizlərə əmanət olan övladlarını diqqət və qayğıdan kənar saxlamamaq, onlara xoş və maraqlı günlər bəxş etməkdir.

İki gün davam edən tədbirdə Bakıdan və Qusar rayonundan 100-ə yaxın şəhid övladı və onların yaxınları üçün Kompleks ərazisinə ekskursiya təşkil edilib, ərazidəki kanat yollarından və atraksionlardan istifadə imkanı yaradılıb, həmçinin onlar üçün müxtəlif əyləncələr, maraqlı oyunlar, musiqili konsert proqramları təşkil edilib, eləcə də xizək sürmə vərdişləri öyrədilib.

Tədbirdə xüsusi qonaq qismində Azərbaycanın şəhid generalı Polad Həşimovun anası Səmayə Həşimova və tanınmış müğənnilər də iştirak ediblər.

Qeyd edək ki, bu “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində ikinci tədbirdir.

Xəbər lenti