Logo

“Biz Heydərçilərik” mövzusunda dəyirmi masa keçirilib - FOTO

04.02.2023 10:03 229 baxış
IMG

Fevralın 2-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və Masallı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə muzeydə Gənclər Gününə həsr edilmiş “Biz Heydərçilərik” mövzusunda dəyirmi masa keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, “Peşə Təmayüllü Siniflərin təşkili” layihəsinin müəllimləri və şagirdləri həmçinin rayon gəncləri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibəti ilə Mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin adından bütün gəncləri  təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə çıxış edərək Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd edilməsi vurğulayıb. Həmçinin o bildirib ki, Gənclər Gününün 1997-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunması, onun gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsidir. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Yekunda gənclər muzeydəki eksponatlarla tanış olub.

Xəbər lenti